23:26
(077) 610-22-33

“Dubai Airshow-2013” işə başlayıb - FOTO

  • >
666 17 Noyabr 2013 20:35 | Dünya

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Yaxın Şərq regionunun ən böyük aviasiya sərgi və şousu olan "Dubai Airshow-2013" işə başlayıb.

APA-nın sərgidə iştirak edən əməkdaşlarının verdiyi məlumata görə, sərgi-aviaşouda bəziləri Yaxın Şərqdə ilk dəfə olmaqla 150 təyyarə nümayiş etdirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq firma iştirak edir.

Sərgidə Azərbaycanı aviasiya sektorunda fəaliyyət göstərən "Azairtechservis" şirkəti təmsil edir. Aviaşouya Azərbaycan Hərbi Hava Qüvvələrindən ziyarətçi qismində qatılıblar.

Sərgi və aviaşou günlərində Eurofighter "Typhoon", Boeing F/A-18 "Super Hornet", JF-17 "Thunder", həmçinin Körfəz regionunda ilk dəfə A-400M təyyarələri uçuşlar yerinə yetirəcəklər.

Statik parkda isə Bell/Boeing V-22 "Tilt Rotor", Qatar Airways şirkətinə məxsus B787-8 "Dreamliner", Emirates şirkətinə məxsus A-380, habelə CH-47F "Chinook" helikopteri yer alır.

Statik bölmədə ADCOM şirkətinin istehsalı olan "United-40" və ADASI şirkətinin istehsalı olan "Aerostat 200" pilotsuz uçuş aparatları, Bombardier, Embraer, Gulfstream və Dassault Aviation şirkətlərinin istehsalı olan 50-dən artıq biznes təyyarələr nümayiş olunur.

AzNews.az
image description image description image description
Bağla X