16:09
(077) 610-22-33

Prezidentin oğlu təyyarə qəzasında öldü

  • >
904 18 Noyabr 2013 08:00 | Dünya


Tatarıstanın Kazan şəhərində yerli vaxtla 19:25-də "Boinq-737" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.

Ölənlər arasında Tatarıstan Respublikasının prezidentinin oğlu İrek Minnixanov və Respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Antonovun da var.

AzNews.az Rusiya mətbuatəna istinadən xəbər verir ki, həlak olanlardan 6 nəfəri ekipaj üzvüdür.

İlkin məlumatlara görə, eniş zolağında baş verən qəzaya
ekipajın səhvi səbəb olub.

ABŞ-ın nəqliyyatda təhlükəsizlik Şurası qəzanın səbəblərini araşdırmaq üçün Rusiyaya mütəxəssislərdən ibarət qrup göndərəcək. 3 nəfərdən ibarət qrupa qəzaların araşdırılması üzrə mütəxəssisi Dennis Cons rəhbərlik edəcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Tatarıstanda matəm elan edilib.

Elnur
AzNews.az
Bağla X