Məşhur siyasətçi oğlu tərəfindən bıçaqlandı - Ailə dramı


Amerikanın Virciniya ştatının senatoru Kreyq Dids çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, onu öz doğma oğlu bıçaqlayıb.
Hadisə Amerika vaxtı ilə bu gün səhər senatorun evində baş verib. 55 yaşlı atasını ağır yaralayan 24 yaşlı Qus Dids özünə də qəsd edib. Özünü odlu silahla güllələyən oğlan ölümcül vəziyyətdə həmin evdə tapılıb. Çox keçmədən o ölüb.
Ata Didsi helikopterlə Virciniya Universitetinin Tibb mərkəzinə çatdırıblar. Həkimlər siyasətçinin həyatını xilas etməyə çalışırlar. O başından və sinəsindən ciddi yaralanıb. Hadisə barədə araşdırma aparılır.
Qeyd edək ki, Kreyq Dids iki dəfə - 2005, 2009-cu illərdə Virciniya ştatının qubernator seçkilərində respublikaçı Bob Makdonnelə uduzmasi ilə yadda qalıb. Axırıncı seçkidən sonra o arvadı ilə ayrılmışdı.

Əli
AzNews.az