20 nəfərdən çox terorçu qətlə yetirilib 20 nəfərdən çox terorçu qətlə yetirilib

Misir İsraili bombalayır

20 nəfərdən çox terorçu qətlə yetirilib

AzNews.az aljazeera.com saytına istinadən xəbər verir ki, Misir hərbi hava qüvvələri İsrail sərhədlərinin yaxınlığında yerləşən Sinay regionuna aviazərbə endirib.
Nəticədə 20-dən çox terorçu öldürülür. Səbəb kimi isə misirli sərhəd mühafizəçilərinə bir neçə gün əvvəl edilmiş silahlı hücum göstərilir. Həmin hücumlar zamanı 16 misirli sərhəd gözətçisi qətlə yetrilmiş, terorçular isə qaçıb gizlənə bilmişdilər. Şahidlərin sözlərinə görə, Misir hərbi hava qüvvələri sərhəd hücumuna cavab olaraq 2 hərbi təyyarə göndərib.
Onlar 20 terorçunu məhv etməklə yanaşı, daha 3 aftomobili də sıradan çıxarıblar. Əməliyyatın hələ də davam etdirildiyi bildirilir. Qeyd edək ki, Misirin Əl-Arish və İsraillə sərhəddə yerləşən Rafah şəhərinin nəzarət buraxılış məntəqələrinə terorçular tez-tez silahlı hücumlar təşkil edirlər.

Sadiq
AzNews.az