11:16
(077) 610-22-33

Rus generalı Kodjiev Suriyada öldürüldü -Video

  • >
2 137 8 Avqust 2012 10:04 | Dünya

Onlardan Əsədin qoşunlarının yerləşməsi barədə vacib sənədlər götürülüb


Özlərini Azad Suriya Ordusu adlandıran Suriya silahlı müxalifətinin təmsilçisi bildirib ki, döyüşçülər Suriya müdafiə nazirliyi və hərbi komandanlıqda müşavir kimi fəaliyyət göstərən rus general Vladimir Kodjievi qətlə yetiriblər. Bəzi məlumatlar da onun tərcüməçisi ilə birilikdə öldürüldüyü bildirilir. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, müxaliflər öldürdüklərini iddia etdikləri generalın video sujetini internetə yerləşdiriblər. Sujetdə müxalif general Məcid Əl-Sayedin müraciəti də yer alıb.
O bildirir ki, Quta rayonunda keçirilən xüsusi əməliyyat zamanı rus general Kodjievlə yanaşı onun tərcüməçisi Əhməd Ayuk da öldürülüb. Eyni zamanda qeyd edilir ki, adı çəkilən şəxslər öldürülərkən onlardan Bəşər Əsəsdin qoşunlarının yerləşməsi barədə vacib sənədlər götürülüb.
Rusiya güc strukturlarından məsələ ilə bağlı rəsmi açıqlama verilməsədə, rus mətbuatının əldə etdiyi məlumata görə, eyni adda və rütbədə rus hərbiçi mövcud deyil.

Sadiq
AzNews.az


Bağla X