Serbiya və Bolqarıstan “Eurovision“da iştirakdan imtina edib

Serbiya "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina edib. APA-nın "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "İn Serbia" nəşri xəbər yayıb. Müsabiqənin ölkədə teleyayımını həyata keçirən RTS teleşirkəti bunu yarışda iştiraka görə ödənilən məbləğin artması ilə əlaqələndirib.

"Eurovision"dan Bolqarıstan da imtina edib. Bu ölkə də tələb olunan məbləğin böyük olmasından şikayət edib. Bolqarıstanın BNT telekanalı müvafiq məbləği ödəməyə hazır olmadığını bəyan edib.

AzNews.az