Ərəb şeyxindən ermənilərə 1,7 milyon dollarlıq yardım

Ərəb şeyxi Sultan 2-ci Bin Məhəmməd Əl-Qasimi qədim erməni monastrının bərpasına pul ayırıb.

Bu barədə məlumatı "France-Presse" agentliyi yayıb. Aqarsin monastrının bərpasına 1,7 milyon dollar ayrıldığı bildirilir.

Şeyx monastrı 2005-ci ildə ziyarət edib. Burda olarkən Şeyx təmir üçün lazım olan məbləği verəcəyini deyib.

Qeyd edək ki, şeyx 1972-ci ildən Şarca əmirliyinin şeyxidir.

Elnur
AzNews.az