Həkim xəstənin protez dişini çıxartdı; pulunu ala bilmədiyinə görə

Hollandiyada bir stomatoloq düzəltdiyi protez dişin pulunu ala bilmədiyinə görə qəribə davranış sərgiləyib.

O, müştərisinə düzəltdiyi protez dişi geri alıb. AzNews.az xəbər verir ki, hadisə Vijçen şəhərində baş verib. Həkim bir il ərzində pulu ödəməyən xəstəsini xəstəxanaya çağırıb.

Nəzarət əsnasında protez dişi xəstəsinin ağzından çıxarıb "girov alan" stomatoloq, fakturanın bir həftədə ödənilməyəcəyi təqdirdə protez dişi zibil qabına atacağını söyləyib.

Hollandiya Diş Həkimləri Birliyi stomotoloqu təqsirli bilməsə də, xəstənin dişini geri qaytarıb.

Rəhim Qədirov
AzNews.az