Əsgərlər Qurani-Kərimi lap yaxın məsafədən güllə yağışına tutub Əsgərlər Qurani-Kərimi lap yaxın məsafədən güllə yağışına tutub

“Qurani-Kərim”i güllələdilər

Əsgərlər Qurani-Kərimi lap yaxın məsafədən güllə yağışına tutub

Suriyada
baş verən hadisələr dünya gündəmindən düşmək bilmir. Aznews.az xarici mətbuata
istinadən xəbər verir ki, Suriyada Bəşər Əsəd tərəfdarları ölkə daxilində hədəfinə
baxmadan hücum və bombardmanlarını davam etdirir. Ölkənin bir çox bölgəsində
binaları və məscidləri bombalayan Suriya ordusu, artıq məscidlərdəki "Quran-ı Kərim"lərə hücuma keçib. Paytaxt Şam
başda olmaq üzrə, Hələb, Xums, Dera kimi
şəhərlərdə döyüş təyyarələri, vertolyot,
tank və raketlərlə çox sayda bina və məscid dağıdılıb. Hücumlar nəticəsində, hər gün çoxlu sayda günahsız insan dağıntı altında qalaraq
can verir.
Şam
şəhərindəki məscidlərdən birində
çəkilmiş şəkildən aydın görünür ki, artıq əsgərlər məsciddəki "Quran-ı Kərim"lərin olduğu dolabı güllə
yağışına tutublar. Şəkilləri çəkən şəxs isə məscid imamının əsgərlər tərəfindən
məlum olmayan bir yerə aparıldığını, "Əsgərlərin Qurani-Kərimi lap yaxın
məsafədən güllə yağışına tutduqlarını bildirib.

Mirvari
Nəcəf

AzNews.az