19:52
(077) 610-22-33

Suriyada daha 162 nəfər həyatını ititrdi

  • >
662 9 Avqust 2012 12:53 | Dünya

Döyüşlər can almaqda davam edir

Hökümət qüvvələri Aleppo şəhərində silahlı müxalifətə qarşı əməliyyatları ikinci gündür ki, davam etdirir. AzNews.az Euronews.com saytına istinadən xəbər verir ki, keçirilən əməliyyatlar zamanı aralarında mülki vətəndaşlarında olduğu 162 nəfər öldürülüb. Əsas döyüşlərin Sukkari kvartalında getdiyi də gələn xəbərlər arasındadır.

Qeyd edək ki, bundan əvvəl hökumət qüvvələri Salaheddin və Şəriyyə küçələrini ələ keçiriblər. Hərbi ekspertlərin rəyinə görə bu şəhərin hökümət qüvvələrinə təslim olması deməkdir. Çünki Paytaxt Dəməşqə və hava limanına gedən yollar məhs o küçələrdən keçir. Bununla belə silahlı müxaliflər Aleppo şəhərində uduzduqlarını etiraf etmək istəmirlər və bildirirlər ki, onlar itirilmiş mövqelərini geri qaytaracaqlar.


Sadiq

AzNews.az

Bağla X