23:55
(077) 610-22-33

Sabiq baş nazirə 6 il seçki qadağası

  • >
1 567 28 Noyabr 2013 11:09 | Dünya

Vergidən yayınmaqda günahkar bilinən 77 yaşılı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni senatdan xaric edildikdən sonra, Senatın dünənki toplantısında onun haqqında ən azı 6 il siyasətdən uzaq qalması barədə qərar verilib.

AzNews.az yeli mətbuata istinadən xəbər verir ki, qərardan əvvəl Berluskoni paytaxt Romadakı evi qarşısında toplanan tərəfdarlarına səslənərək deyib: "27 noyabr demokratiya üçün yas günü elan edirəm".

Bu qərar 3 dəfə baş nazirlik kreslosuna oturan Berluskoninin siyasi karyerasına sona verəcəyi mənasını vermir. O, parlamentdə iştirak edə bilməsə də, İtalyanın siyasətinə təsir etməkdə davam edəcəyi bildirilir. Berluskoni son zamanlarda "Forza Italia" partiyasını yenidən hərəkətə gətirib.

Elman
AzNews.az
Bağla X