16:52
(077) 610-22-33

Müxalifət indiki prezidentə qarşı 3 namizəd irəli sürəcək

  • >
519 28 Noyabr 2013 19:01 | Dünya

Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkilərində müxalifət indiki prezidentə qarşı 3 namizəd irəli sürəcək. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda müxalifətdə olan "Batkivşina" fraksiyasının lideri Arseni Yatsenyuk məlumat verib. Bundan əvvəl müxalifətin vahid namizədlə seçkilərə qatılacağı ehtimal olunurdu. Amma indi məlum olur ki, müxalifətçilər birinci turda ayrı-ayrılıqda mübarizə aparacaq, vahid namizəd isə həmin turun nəticəsinə uyğun olaraq müəyyənləşdiriləcək. Yatsenyukun sözlərinə görə, birinci tur praymeriz xarakterli olacaq. Kim ikinci tura keçəcəksə, bütün müxalifətin məhdud olmayan dəstəyini alacaq".

Fraksiya lideri deyib ki, bu qərar müxalifət bu qərarı avqust ayında verib. Namizədlərə gəldikdə, onlardan biri "Batkivçina"nın lideri, hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko olacaq. Tanınmış boksçu, "Udar" partiyasının lideri Vitali Kliçko da namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Müxalifətdə olan millətçi "Azadlıq" partiyası isə lider Oleq Tyaqnibokun namizədliyə iddialı olmadığını bəyan edib.

AzNews.az
Bağla X