500 uşağı pornoya çəkən rejissor həbs edildi

Peru polisi 500 uşağı porno filmlərdə çəkilməyə məcbur edən 29 yaşlı şəxsi saxlayıb.

Arturo Dodero Telo adlı bu şəxs Peru və İspaniya polisinin birgə əməliyyatı zamanı saxlanılıb.

AzNews.az ВВС-yə istinadən xəbər verir ki, uşaqlar İspaniya, Çili, Argentina, Peru və Ukraynadan olub.

Dedoro Telo Latın Amerikasında uşaq pornosunun ən fəal istehsalçılarından biri kimi tanınıb.

Qeyd edək ki, noyabrda Kanada polisi uşaq pornoqrafiyasının istehsalı ilə məşğul olan beynəlxalq şəbəkə aşkarlamışdı.

Əməliyyatlar zamanı 348 nəfər həbs olunmuşdu. 94 ölkədən 400 yetkinlik yaşına çatmayan uşağın iştirakı ilə aparılan çəkilişlər daha sonra müxtəlif ölkələrə göndərilib.

Elnur
AzNews.az