23:19
(077) 610-22-33

Kiyev meriyası ələ keçirildi - VIDEO

  • >
1 769 1 Dekabr 2013 16:38 | Dünya

Nümayişçilər Kiyev meriyasını ələ keçiriblər. Onların meriyaya daxil olmaqda əsas məqsədləri isinmək və meriyanın tualetindən istifadə etməkdir. Aksiya iştirakçılarından biri deyib ki, biz, baş kəsən deyilik, biz avropalıyıq. Kiyevin "Müstəqillik meydanı"ndan 200 metr aralıda yerləşən Kiyev şəhər administrasiyasının bir neçə şüşəsi nümayişçilər tərəfindən sındırılıb.

ANS PRESS-in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı binada heç bir əməkdaş olmayıb. Kiyevdəki aksiyaya 700 min nəfər insanın qatıldığı bildirilir. Mitinqdə iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun ANS PRESS-ə verdiyi məlumata görə, təkcə "Müstəqillik meydanı" deyil, ona yaxın olan ərazilər, küçə və parklar insanlarla doludur. Avtomobil nəqliyyatının hərəkəti isə bu tərəflərdə tamamilə dayandırılır.

Diaspor rəhbəri onu da bildirdi ki, çıxış edənlər əhalini təxribata uymamağa və milislərlə qarşıdurma yaratmamağa çağırırlar. Ancaq "İnterfax-Ukrayna"nın məlumatına görə, şəhərin bəzi yerlərində milislərlə nümayişçilər arasında qarşıdurma hallarına rast gəlinir. Ukraynanın "İctimai" televiziyasının aparıcı deyib ki, şəhər administrasiyasına basqın hazırlanır. "Müstəqillik meydanı" ilə yanaşı, "Avropa" meydanı da insanlarla doludur, yaxınlıqdakı metro stansiyalarının isə yalnız "çıxış"ları əhalinin istifadəsinə verilib. Çoxminli insanların müşayiətilə müxalifət partiyasının liderləri Arseni Yaçenyuk, Vitali Kliçko, Oleq Tyaqnibok Maydana daxil olublar.

Aksiya iştirakçılarının hazırda əsas tələbi hökumətin istefaya göndərilməsidir. Əldə olunan məlumatlara görə, Avropa Parlamentinin vitse prezidenti Yaçek Protasayeviç, Avropa Parlamentinin keçmiş başçısı Yeji Buzek, Polşanın "Qanun və ədalət" partiyasının lideri Yaroslav Kaçinski də nümayişçilərə qatılıb.




AzNews.az
Bağla X