İran parlamentinin sədri Suriyanın baş naziri ilə görüşdü

İranda səfərdə olan Suriyanın baş naziri Vail əl-Xaliqi bu ölkə parlamentinin sədri Əli Laricani ilə görüşüb. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu Suriyadakı böhran olub.

Ə.Laricani bildirib ki, Suriyadakı böhranın həlli üçün region ölkələrinin birgə əməkdaşlığı zəruridir: "Suriyada cərəyan edən hadisələrin həqiqi mahiyyətinin aydınlaşması, region və dünyanın sülh və sabitliyini hədələyən təhdidlərin üzə çıxması dünyanın ümimi fikri və siyasi iradəsi bu ölkənin məzlum xalqının xeyrinə dəyişmiş olub".

V.əl-Həlqi də öz növbəsində İran xalqı və dövlətinin Suriyaya olan dəstəklərini yüksək qiymətləndirib: "Suriya xalqı İranın son dərəcə çətin və ağır günlərində Suriya xalqına olan yardımları və dəstəklərini unutmayacaq. Suriya xalqının çətinliklər qarşısında davam gətirməsində İranın yardımları xeyli önəmlidir".


AzNews.az