19:37
(077) 610-22-33

Hələb yenə bombalandı: 26 ölü

  • >
612 1 Dekabr 2013 19:34 | Dünya

Suriya Hərbi Hava Qüvvələrinə (HHQ) aid vertolyot Hələb şəhərinin əl-Bab qəsəbəsindəki örtülü bazarı bombalayıb.
Musavat.com-un "Anadolu Agentliyi"nə istinadən verdiyi xəbərə görə, hava hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu deyilən ən azı 26 nəfər həlak olub, onlarla insan yaralanıb.

Hadisə yerində təcili tibbi yardım maşınlarının yaralıları daşımaq üçün kifayət qədər olmadığı, bombanın düşdüyü ərazidə isə xeyli sayda evin dağıldığı bildirilir. Bundan başqa, sakinlərin dağıntılar altından olan ölü və yaralıları çıxartmağa çalışdığı qeyd edilir.

Xatırladaq ki, ötən gün Suriya Hərbi Hava Qüvvələrinə (HHQ)-yə məxsus vertolyot Hələb şəhərini bomba atəşinə tutmuşdu . Aviazərbələr nəticəsində aralarında qadın və uşaqlar olmaqla çox sayda insan həyatını itirmişdi.


AzNews.az
Bağla X