Fabrikdə yanğın: 5 nəfər həyatını itirdi



İtaliyada tekstil fabriklərindən birində güclü yanğın baş verib.

AzNews.az İtaliya mətbuata istinadən xəbər verir ki, faiciə yerli vaxtla saat 7.00-da İtalyanın Florensiya yaxınlığındakı Prato şəhərində, minlərlə çinli miqrantın yaşadığı Makrolotto məhəlləsində "Terasa Moda" adı altında fəaliyyət göstərən tekstil fabrikində baş verib.
Yanğın nəticəsində binanın damında çökmə baş verdiyi bildirilir.
Hadisə nəticəsində bu ana qədər beş nəfərin meytinin aşkar edildiyi, ikisi ağır olmaqla, üç yaralının xəstəxanaya qaldırıldığı, üç nəfərin isə hələ çöküntü altında qaldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Axtarış və xilasetmə işləri davam etdirilir.

Elman
AzNews.az