“Boko Haram“ hərbi bazaya hücum etdi

AzNews.az Reuters - ə istinadən xəbər verir ki, Nigeriyanın şimal -şərq əyaləti olan Borno ştatının inzibati mərkəzi olan Maydaquri şəhərinə "Boko Haram" qruplaşması hücum edib.

Silahlılar şəhərdəki hərbi aviabazanı və nəzarət buraxılış məntəqəsini dağıtmağa cəhd göstəriblər. Sonra isə Mayduquri beynəlxalq hava limanına basqın ediblər. Nəticədə onlar tərəfindən 3 köhnə təyyarə və 2 helikopter məhv edilib. Hazırda uçuşlar xüsusi nəzarət altında həyata keçirilir.

İslamçıların hücumlarına görə şəhərdə bütün gün ərzində komendant rejimi tətbiq olunub. Ölən və xəsarət alanlar barəsində məlumat verilmir.

Keçən həftə elə bu regionda "Boko Haram"ın 50 üzvü zərərsizləşdirilmişdi.

Azər
AzNews.az