Qızı ər üçün Suriyaya qaçan məmur Kadırovun qəzəbinə tuş gəldi


Çeçenistanın Miqrasiya Xidmətinin keçmiş rəhbəri, Kadirovun vəzifədən azad etdiyi Asu Dudarkayevin vəzifəsinin niyə itirməsinin ilginc detalları məlum olub. Belə ki, məmurun öz qızının güdazına getdiyi bildirilir. A.Dudarkayevin qızı Seda ərə getmək üçün Suriyaya qaçıb.

AzNews.az Rusiya mətbautına istinadən xəbər verir ki, Seda Dudarkayevanın Suriyada silahlılara qoşulan bir şəxslə evlənmək üçün getdiyi barədə hüquq-mühafizə orqanlarına operativ məlumat bir neçə ay əvvəl daxil olub. Onun hazırda Suriyada döyüş bölgəsində olduğu bildirilir:

" 20 yaşlı gənc qızın artıq bir ildir ki, qeyri-ənənəvi islamın tərəfdarı olan bir nəfərlə əlaqəsi olub. Həmin gənc bu ilin aprelində döyüşmək üçün Suriyaya gedib. Seda isə onun yanına getmək üçün münasib vaxt gözləyib".

Mayın 23-də məmur qızı öz rəfiqəsi ilə Türkiyəyə gedib. Onları hava limanında hicablı qadın qarşılayıb və naməlum yerə aparıb. Suriya sərhəddində onları müşahidəı kamerası qeydə alıb, ancaq bundan sonra onlardan heç bir məlumat əldə etmək mümkün olmayıb.

Əməliyyat qrupu qızın evlənmək istədiyi gəncin qardaşını tapıb. O, Suriyaya gedərək Sedanı geri qaytarmağa çalışıb. Ancaq Seda geri qayıtmayıb və ərə getdiyini bildirib.

Bundan sonra Kadirov Asu Dudarkayevi qızına yaxşı tərbiyə vermədiyinə görə vəzifəsindən azad edib. Beləliklə A.Dudarkayev 11 il tutduğu vəzifədən getməli olub.

Elnarə
AzNews.az
image description