16:46
(077) 610-22-33

Ukrayna prezidenti haradadır?

  • >
1 107 3 Dekabr 2013 18:35 | Dünya

"Yeni Müsavat"ın əməkdaşı Maydandan yazır

Əməkdaşımız Aygün Muradxanlı Kiyevdə ezamiyyətdədir . Jurnalist xanım musavat.com-a deyib ki, hazırda etirazların davam etdiyi baş səhnədə - Maydandadır. Prosesləri yaxından izləyir və qəzetə material hazırlayır. Bir neçə saat öncə isə polisin etirazçılara tətbiq etdiyi gözyaşardıcı qaza o da məruz qalıb və bu səbəbdən də redaksiya ilə əlaqəyə çıxması ləngiyib.
***
Aygün Muradxanlı yazır: Ukrayna Həmkarlar İttifaqının Maydandakı mərkəzi ofisini tutan müxaliflər oradan inqilabın mərkəzi qərargahı kimi istifadə edir. Bu dəqiqələrdə xalq prezident administarsiyasını mühasirəyə almağa çağırılır. Hökumət PA-ya və hökumət evinə geden yolları bağlayib. Vətəndaşlar Maydana gəlməkdə davam edir. Ali Radada müxalifətin hökumətin istefa tələbinə baxılıb. Qızğın müzakirələrdə müxalifətin tələbi səsə qoyulsa da, istefa üçün 40 səs çatmayıb kvota üçün. Kommunistlər səs verməyib. Kommunistlər tələb edir ki, hökumət avrointeqrasiyaya görə deyil, sosial siyasətinə görə istefa versin".
Jurnalistimiz qeyd edir ki, hazırda Ukrayna prezidentinin harada olması ilə bağlı müəmmalı xəbərlər gəlir: "Bir sıra qaynaqlar onun Çinə getdiyini, bəziləri isə Kiyev kənarında hökumət üzvləri ilə bağlı müşavirə keçirdiyini deyir"."Yeni Müsavat"ın əməkdaşı Maydandan yazır

Əməkdaşımız Aygün Muradxanlı Kiyevdə ezamiyyətdədir . Jurnalist xanım musavat.com-a deyib ki, hazırda etirazların davam etdiyi baş səhnədə - Maydandadır. Prosesləri yaxından izləyir və qəzetə material hazırlayır. Bir neçə saat öncə isə polisin etirazçılara tətbiq etdiyi gözyaşardıcı qaza o da məruz qalıb və bu səbəbdən də redaksiya ilə əlaqəyə çıxması ləngiyib.
***
Aygün Muradxanlı yazır: Ukrayna Həmkarlar İttifaqının Maydandakı mərkəzi ofisini tutan müxaliflər oradan inqilabın mərkəzi qərargahı kimi istifadə edir. Bu dəqiqələrdə xalq prezident administarsiyasını mühasirəyə almağa çağırılır. Hökumət PA-ya və hökumət evinə geden yolları bağlayib. Vətəndaşlar Maydana gəlməkdə davam edir. Ali Radada müxalifətin hökumətin istefa tələbinə baxılıb. Qızğın müzakirələrdə müxalifətin tələbi səsə qoyulsa da, istefa üçün 40 səs çatmayıb kvota üçün. Kommunistlər səs verməyib. Kommunistlər tələb edir ki, hökumət avrointeqrasiyaya görə deyil, sosial siyasətinə görə istefa versin".
Jurnalistimiz qeyd edir ki, hazırda Ukrayna prezidentinin harada olması ilə bağlı müəmmalı xəbərlər gəlir: "Bir sıra qaynaqlar onun Çinə getdiyini, bəziləri isə Kiyev kənarında hökumət üzvləri ilə bağlı müşavirə keçirdiyini deyir".(Musavat.com)





Bağla X