“Naftoqaz” -la “Qazprom” razılığa gəldı

Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın "Qazprom" konserni ilə oktyabr-dekabr aylarında alınmış qazın ödənişini 2014-cü ilin yazında həyata keçirilməsinə dair razılığa gəliblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Naftoqaz" şirkətinin rəhbəri Yevgeni Bakulin bildirib.

"Bölgələrdə bu günə olan problem və məsələləri həll etmək üçün biz oktyabr, noyabr və dekabr üzrə ödənişləri yaz mövsümünə keçirtdik", deyə o bildirib.

Qeyd edək ki, Ukraynanın energetika naziri Eduard Stavitski noyabrda "Naftoqaz" və "Qazprom"un Rusiya qazının Ukraynaya tədarükü üzrə yeni ödəniş qrafikinə dair kompromisli razılaşmaya nail olduqlarını bildirmişdi. Nazir o zaman razılaşmanın təfərrüatlarını açıqlamamışdı.

"Naftoqaz" rəhbəri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinn fəaliyyətinin bloklanması səbəbindən şirkət avqust ayı üzrə olan qaz borcunu dekabrın 7-dək ödəyə bilməyəcək.

Bakulinin sözlərinə görə, avqust ayı üzrə olan qaz borcunun həcmi 765 mln. dollar təşkil edir.


AzNews.az