15:17
(077) 610-22-33

Kabil ABŞ-la saziş imzalamayacaq

  • >
2 013 4 Dekabr 2013 19:05 | Dünya

Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamayacaq. ANS PRESS-in İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstan prezidentinin mətbuat katibi Acmal Faizi bildirib.

Həmid Karzay nazirlərə göstəriş verib ki, ABŞ Əfqanıstanın irəli sürdüyü əsas tələbləri qəbul etməyənədək heç bir əməkdaşlıq sazişinin imzalanmasından söhbət gedə bilməz. Acmal Faizi "ABŞ-ın dövlət katibi Con Kerrinin Əfqanıstanın milli müdafiə naziri, general Bismillah Xan Mohammadi ilə müqavilə imzalayacaq" informasiyasını da təkzib edib.

Prezident Həmid Karzay isə deyib ki, ABŞ Əfqanıstanda stabillik yaratmayanadək heç bir sənəd imzalanmayacaq.

Qeyd edək ki, ABŞ Əfqanıstanı məcbur edir ki, ABŞ və NATO-nun hərbi kontingenti Əfqanıstanda qalsın.


AzNews.az
Bağla X