Bir gecədə 2500 suriyalı Türkiyə sərhədini keçdi Bir gecədə 2500 suriyalı Türkiyə sərhədini keçdi

Suriya Türkiyə sərhəddində insan izdihamı yaşanır

Bir gecədə 2500 suriyalı Türkiyə sərhədini keçdi


Türkiyə mətbuatından verilən xəbərə görə Suriyada hökumət qüvvələri ilə silahlı müxaliflər arasında qarşıdurmanın genişlənməsi sərhədi keçənlərin sayında kəskin artıma səbəb olub. AzNews.az hurriyetdailynews.com istinadən xəbər verir ki, indiyə qədər Türkiyə sərhədlərini keçən suriyalıların sayı 53 mini ötüb. Türkiyənin sərhəd buraxılış məntəqələrində nəzarəti gücləndirməsinə baxmayaraq qaçqınların ölkəyə axışının qarşısını almaq mümkün olmur.
Hazırda sərhəd buraxılış məntəqələrində Türkiyəyə keçmək üçün minlərlə suriyalı növbə gözləyir. Buna səbəb artıq Türkiyənin suriyalı qaçqınları çadır və digər zəruri ləvazimatlarla təmin edə bilməməsidir.

Sadiq

AzNews.az