Argentina da qarışdı - Talanlar başladı


Argentinanın Kordoba şəhərində maaşlarına artım tələb edən polislərin tətilə getməsinin ardından şəhərdə vəziyyət nəzarətdən çıxıb və talanlar başlayıb.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, maaşların artırılması ilə bağlı danışıqlarda razılıq əldə olunmaması səbəbindən Argentina polisləri işi dayandırmaq qərarı verib.

Polislərin işə çıxmadıqlarını görən kordobalılar şəhərdə olan marketlərə hücum edərək yağmlamağa başlayıblar. Bu ana qədər hadisələrdə 2 nəfərin öldüyü, 100-dən çox vətəndaşın yaralandığı, 52 nəfərin isə həbs olunduğu bildirilir.

Kordoba valisi Jose Manuel de la Sota , hadisələrin şiddətləndiyini görərək, hökumətdən hadisələrin qarşısını almaq üçün polis göndərməsini tələb edib.

İşə qayıtmaq çağırışına polislər əməl etməyib. Hazırda danışıqlar aparılır. Elə bu arada oğruların evinə girdikləri 85 yaşındakı bir nəfəri də öldürdükləri açıqlanıb. Hadisələr idarə olunmaz hala gəlib.

Şəhərdə nəqliyyat vasitələrinin hərəkəti dayandırdığı, bankların və ictimai dairələrin əhaliyə xidmət göstərə bilmədiyi, məktəblərdə təhsilə ara verildi, vətəndaşların hücumlardan qorunmaq üçün əşyaları ilə evlərinin qarşısında barrikadalar qurduqları bildirilir.

Elman
AzNews.az