19:55
(077) 610-22-33

Əfqanıstanda daha 3 ABŞ əsgəri öldürüldü

  • >
781 10 Avqust 2012 12:46 | Dünya

Silahlı şəxsin əfqan hərbi geyimində olduğu bildirilir


Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin sözcüsündən verilən məlumata görə hadisə Helmand vilayətinin Sangin rayonunda baş verib. Əfaqn hərbi geyimində olan bir silahlı qəflətən amerkalı əsgərlərə atəş açaraq onlardan 3- nü qətlə yetirirb.

AzNews.az hurriyetdailynews.com saytına istinadən xəbər verir ki, hadisəni törədən əfqanlının şəxsiyyəti müəyyənləşdirilməyib. Əfqanıstandakı ABŞ hərbi komandanlığın xanım sözcüsü faktla bağlı araşdırma aparıldığını bildirib. O, hadisəni törədən şəxsin tutulduğu, öldürlüdüyü və ya qaçdığı barədə heç bir məlumata malik olmadıqlarını deyib.

Adı çəkilən rayonun başçısı Məhəmməd Şərif isə "Asosşeytid Press" ə açıqlamasında bildirib ki, nəzarət buraxılış məntəqəsinin əfqan komandiri 4 xarici əsgəri nahar yeməyinə dəvət edib və daha sonra onlardan 3-nü qətlə yetirərək aradan çıxıb.

Sadiq

AzNews.az

Bağla X