Nelson Mandella vəfat etdi


Cənubi Afrikanın ilk qaradərili prezidenti Nelson Mandella 96 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı CAR-ın indiki prezidenti Cekob Zuma xalqa çatdırıb.

"Bizim xalqımız böyük oğlunu itirdi" deyə prezident xalqa başsağlığı verib.

N.Mandellanın ölümü ilə bağlı BMT baş katibi Pan Qi Mun da dərin təəssüfünü bilirib.

Qeyd edək ki, N.Mandella 1994-1999-cu illərdə ölkəyə rəhbərlik edib. Bundan öncə isə rejimlə mübarizə aparan N.Mandella 27 ilini həbsxanada keçirib.

Elnur
AzNews.az