Yüzlərlə mitinqçi Yanukoviçi qarşılamağa gedib

AzNews.az Ukrayna müxalifətinin "Batkivşina" saytına istinadən xəbər verir ki, 6 dekabrda axşam mitinqçi - avtomobilçilər Kiyev aeroportunda Yanukoviçi qarşılamağa gediblər.

400 - ə qədər maşından ibarət kalon Çinə və Rusiya federasiyasına səfərdən qayıdan prezidentin enə biləcəyi aeroporta tərəf hərəkət edib.

Prezident təyyarəsinin hansı aeroporta düşəcəyi dəqiq məlum olmadığına görə, Ukrayna və "Yevrosoyuz" bayraqları ilə bəzədilmiş maşın kalonu iki yerə ayrılıb. Bir dəstə "Borispol" aeroportuna, digər dəstə isə hərbi aerodroma istiqamət alıb.
Kiyevin özündə Avro - 2012 adlanan və dünyanın istənilən təyyarəsini qəbul edə bilən bir aeroport da var. Müxalifətçilərin bildirdiyinə görə taledən onlar bu aeroportu diqqətdən yayındırıblar. Beləliklə Yanukovuç etirazçıların maşınları ilə rastlaşmamaq şansı qazanıb.

Azər
AzNews.az