04:11
(077) 610-22-33

Təzə bəylə gəlin üzərək evləndilər- Foto

  • >
694 7 Dekabr 2013 14:03 | Dünya

20 ildən bəri birlikdə yaşayan Krislə Cənet sualtı üzgüçülük və dayvinq fanatlarıdır.

Onlar evlənmək qərarına gələndə də toyu su altında etmək qərarına gəliblər.

Təzə bəylə gəlin "müvafiq" əlbisələri geyinəndən sonra Maldiv arxipelaqındakı Cənubi Ari atollunun sahilindən 12 metr dərinliyə düşüblər.

Hind okeanına dalmış təzə bəylə gəlinin nikah mərasimi okean sularının altında olub.

58 yaşıl Kris və Cənet danışa bilmədiklərindən əllərində "Hə!" yazılmış kartlar tutmuşdular. Onlar "Mənə ərə gəlməyə razısanmı?" və "Mənimlə evlənməyə razısanmı?" suallarına bu kartları bir-birlərinə göstərməklə cavab veriblər.

İngiltərənin Şərqi York qraflığındakı Kottingem şəhərinin sakinləri olan Kris və Cənet Raytların dediklərinə görə, Maldiv sahillərindəki toy əla alınıb.(milli.az)
Bağla X