Güclü külək avtobusu çevirdi, 11 sərnişin yaralandı

Polşada güclü külək reys avtobusunu çevirib, 11 sərnişin xəsarət alıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Avtobus sərnişinləri Polşanın cənubundan Varşavaya daşıyırmış. Güclü külək səbəbindən sürücü idarəetməni itirib və avtobus yan tərəfə aşaraq küvətə düşüb.
Qapılar bağlandığından, insanlar pəncərələrdən xilas edilib.
11 sərnişin yaralanıb və onların həyatı üçün təhlükə olmadığı bildirilir. Nəqliyyat gözləyən digər sərnişinlər yanğınsöndürmə stansiyasına yerləşdiriliblər. Yolun bu hissəsində hərəkət məhdudlaşdırılıb.
Qeyd edək ki, iki sutkadır Polşada "Ksavyer" qasırğası hökm sürür.


AzNews.az