Əsgərlər aksiyaçıların çadır şəhərciyini sökməyə başladılar

Ukrayna Daxili Qoşunlarının bir neçə yüz əsgəri Nazirlər Kabinetinin binası qarşısında müxaliflərin qurduqları çadır şəhərciyi və barrikadaları sökməyə başlayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıların düşərgəsini əhatəyə alıb, aksiyaçılar müqavimət göstərmirlər.

Onlar sadəcə, milisləri "cinayətkar əmrləri yerinə yetirməməyə" və aksiyaçıları döyməməyə çağırırlar. Aksiyaçılar arasında siyasi partiyaların nümayəndələri də var.

Qeyd edək ki, bundan əvvəl Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok milislərin Qruşevçk, İnstitusk və Lyuteransk küçələrində aksiyaçıları sıxışdırdığını bildirib.


AzNews.az