Terrorçular İspan jurnalistləri qaçırdı


İspaniyanın tanınmış məşhur qəzetlərindən biri olan "Əl Mundo"nun xüsusi müxbiri Javier Espinosaun Suriyada Əl Qaidəyə bağlı bir qrup tərəfindən qaçırılıb.

AzNews.az xəbər verir ki, "El Mundo" qəzeti bu bugünkü manşetini Espinosanın qaçırılmasına ayırıb. Qəzet jurnalistin 16 sentyabrdan etibarən ``İraq Şam İslam Dövləti`` adlı qrupun əlində olduğunu yazır.

İspaniyanın tanınmış və yüksək mükafatlar almış bir jurnalisti olan Espinosanın, Suriyanın şimalındakı Rakka şəhərində reportaj hazırlayarkən qaçırıldığı bildirilir. Əlavə olaraq Espinosa ilə sərbəst foto müxbiri olaraq işləyən Ricardo Garcia Vilanovanın da qaçırıldığı barədə xəbər verilir.

"El Mundo" qəzetinin rəhbərliyi, Espinosanın ailəsi və İspaniyadakı jurnalistlər federasiyası FAPE, qaçırılan jurnalistlərin sərbəst buraxılmasına çağırış ediblər.

Elman
AzNews.az