Ketrin Eşton Ukrayna səfərini yarımçıq saxladı

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eşton Ukrayna səfərini yarımçıq dayandırır. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Eştonun təmsilçisi Maya Kosyançiç "Twitter"dəki səhifəsində yazıb.

Qeyd edək ki, Eştonun Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşündən sonra Kiyevdə xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Bu isə Avropa İttifaqının narazılığına səbəb olub.



AzNews.az