18:56
(077) 610-22-33

General qətlə yetirildi

  • >
1 084 11 Avqust 2012 12:52 | Dünya

Liviyada daha bir yüksək çinli məmura qarşı sui-qəsd


Benqazi şəhərində livyalı general qətlə yetrilib. Onun Liviya Müdafiə Nazirliyində yüksək post tutduğu da gələn xəbərlər arasındadır. AzNews.az bbc.co.uk saytına istinadən xəbər verir ki, general Hadiya əl-Feytori cümə namazından evə dönərkən silahlı şəxslərin hücumuna məruz qalıb. Belə ki, silahlı şəxslər onun avtomobilinə yaxınlaşaraq, atəş açmağa başlayıblar.

Generalın elə yerindəcə keçindiyi bildirilir. Qeyd edək ki, son bir neçə ayda Qəddafi dönəmində yüksək fəzifə tutmuş generallar və digər təhlükəsizlik əməkdaşları tez-tez sui-qəsdlərə məruz qalırlar.


Sadiq

AzNews.az


Bağla X