Şimali Koreya lideri qohumunu edam etdirdi


Şimali Koreyada Beynəlxalq Müdafiə Konseyinin rəhbərinin köməkçisi Chang Song Thaek edam edilib.

O, narkotikdən istifadə, qumar, həmçinin korrupsiya ittihamı ilə vəzifəsindən azad edilərək edam olunub.

Dövlət mətbuatının yazdığına görə, o, hərbi məhkəmə tərəfindən vəzifəsindən azad edilib. Ardınca isə vətənə xəyanət ittihamı ilə barəsində edam hökmü çıxarılıb. Ötən ay eyni ittihamla Changın iki köməkçisi də edam olunmuşdu.

Chang Song Thaek 2011-ci ildə vəfat edən, Şimali Koreyanın keçmiş Kim Çen İrin kiçik bacısı Kim Kyong Hui ilə evli olub.

Bundan başqa onun ölkənin gənc liderinə təsir qüvvəsinin böyük olduğu bildirilirdi.

Belə olan halda gənc liderin öz qohumunu gözlənilmədən edam etdirməsinin qaranlıq tərəflərinin olduğu təxmin olunur. Belə ki, onun hakimiyyəti zorla qəsb etməyə hazırlaşdığı bildirilir.

Elnarə
AzNews.az