Minsk qrupunun həmsədri Azərbaycana gəlir

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik sabah Bakıya səfərə gəlir. Bu barədə C. Uorlik şənbə günü "Twitter" səhifəsində yazıb.

Həmsədr səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

C. Uorlik səfərin tarixini açıqlamayıb.(trend)