11:51
(077) 610-22-33

Mübarəkə aid daha bir qalmaqal -Seks kaseti...

  • >
1 161 13 Avqust 2012 08:03 | Dünya

“Hüsnü Mübarək də daxil olmaqla Misiri idarə edənlərin bir çoxu Səfvət əl Şərifin nəzarətində idi”


Misirin sabiq prezidenti Hüsnü Mübarəkə aid seks kasetlərinin olduğu iddia edilir. İddiaları Livanın "Əl Həyat-2" telekanalında misirli aktrisa Etimad Xurşid səsləndirib.

AzNews.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, aktrisaya görə, sabiq informasiya naziri Səfvət əl Şərifin əlində Hüsnü Mübarəkə aid xəlvəti çəkilmiş seks kasetləri var. Xurşid həmçinin Şərifdə misirli bir çox yüksəkçinli məmura aid seks görüntülər olduğunu da qeyd edib. "Hüsnü Mübarək də daxil olmaqla Misiri idarə edənlərin bir çoxu Səfvət əl Şərifin nəzarətində idi" – deyə aktrisa bildirib.

Qeyd edək ki, Misirdə Mübarək iqtidarının xalq üsyanları ilə sonlandırılmasından sonra sabiq nazir Şərif də korrupsiya və vəzifədən aui-istifadə ithamı ilə həbs olunub.

Xurşid həbs olunmazdan əvvəl Şərifin bütün dəlilləri yox etdiyini deyib. Aktrisa Etimad Xurşid isə bir vaxtlar Misirin Kəşfiyyat idarəsinin sədri Saleh Nasirin həyat yoldaşı olub.


AzNews.az

Bağla X