Məşhur futbolçu müxalifəti dəstəkləyir

Məşhur ukraynalı futbol ulduzu Andrey Şevçenko ölkədə baş verənlərə münasibət bildirib.

APA-nın "Podrobnosti.ua" saytına istinadən verdiyi məlumata görə, A. Şevçenko mövcud duruma ağrı ilə yanaşdığını deyib: "Mən vətənpərvər ukraynalıyam. Hazırda baş verənlərlə bağlı ən əsası odur ki, qan tökülməsin, insanlar zərər çəkməsin. Mənim mövqeyimə gəlincə isə, mən avrointeqrasiyanı dəstəkləyirəm".



AzNews.az