NATO-dan Rusiyaya Ukrayna xəbərdarlığı

NATO baş katibi Anders Foq Rasmussen Ukrayna hökumətini əsas demokratik hüquqları və azadlıqları gözləməyə, Rusiyanı isə Kiyevə təzyiq göstərməməyə çağırıb.
Musavat.com-un məlumatına görə, alyans rəhbəri bunu "Die Welt" qəzetinə bugünkü müsahibəsində deyib.

"Biz gözləyirik ki, hakimiyyət dinc qərara gəlmək üçün müxalifətlə konstruktiv dialoqa başlayacaq" – deyib baş katib. Rasmussen həmçinin, Ukraynadakı bütün tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb. Eyni zamanda Rusiyadan Ukraynaya təzyiqləri son qoymağı tələb edib: "Mən hesab edirəm ki, Kiyev hansı təhlükəsizlik alyansına qoşulmaqla bağlı öz seçimini xaricdən təzyiqlər olmadan eləməlidir".


AzNews.az