Misirdə referendum yanvarda keçiriləcək

Misirin yeni konstitusiyası üzrə ümumxalq referendumu yanvarın 14-15-də keçiriləcək.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Misirin müvəqqəti dövlət başçısı Ədli Mənsur deyib.
Konstitusiya layihəsi 247 maddədən ibarətdir. Əgər sənəd qəbul edilsə, yeni konstitusiya ölkəni Məsləhətçi Şurasız (parlamentin yuxarı palatası) qoyacaq, həmçinin dini əsasda siyasi partiyaların yaradılmasını qadağan edəcək.
Qeyd edək ki, bundan əvvəlki konstitusiya (ötən ilin dekabrında qəbul edilib) Misir cəmiyyətində bir çox mübahisələrə səbəb olmuş və bu ilin iyulunda ölkənin sabiq Prezidenti Məhəmməd Mursini devirən ordu tərəfindən ləğv edilmişdi.


AzNews.az