Kliçko dünya çempionu titulundan imtina edti

Ukrayna boksçusu və siyasətçisi Vitali Kliçko WBC versiyasında ağır çəki üzrə dünya boks çempionu titulundan imtina edib.

ANS PRESS "Associated Press"ə istinadən bildirir ki, WBC-nin qərarına görə, Kliçko fəxri çempion tituluna sahibdir və bu, ona yeni sahiblə tütul uğrunda döyüş hüququ verir.

Kliçkonun sözlərinə görə, hazırda o, öz diqqətini Ukraynadakı siyasi hadisələrə yönəltməlidir, insanların ona ehtiyacı var. Həmçinin Vitali Kliçko bildirib ki, indiki vəziyyətdə rinqə qayıtmağını təsəvvür edə bilmir.

Daha öncə bildirildi ki, Vitali Kliçko 2013-cü il noyabrın 30-a kimi idman karyerasındakı planlarını müəyyən etməlidir. Ancaq WBC onun qərar müddətini dekabrın ortalarına kimi uzatdı. Noyabrın sonundan Kliçko UDAR partiyasının lideri kimi Kiyevdəki etiraz nümayişlərində iştirak edir.

Vitali Kliçko öz son döyüşünü 2012-ci ilin sentyabrında keçirib. Öz karyerası boyunca o, 47 döyüş keçirib, 45-ni udub və özü də bunun 41-i nokautla sonuclanıb. Onun kiçik qardaşı Vladimir öz idman karyerasını davam etdirir.


AzNews.az