Cənubi Sudanda atışma - 500 nəfər öldü

Cənubi Sudanda baş verən atışmada 500 nəfər həlak olub. ANS PRESS-in İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bu informasiyanı Cənubi Sudanın müdafiə naziri Kyol Manyanq dövlət televiziyası ilə çıxışı zamanı verib.

Nazir atışmada 200 nəfərin də öldüyü barədə məlumat yayıb. Mənbə həmçinin bildirib ki, paytaxt Cube şəhərində dövlət çevrilişində günahlandırılan 10 nəfər də yaxalanıb.


AzNews.az