Çexiyada səfirlik binasını partlatdılar: Səfir öldü (FOTO)

Bu gün iş otağında baş verən partlayış nəticəsində aldığı xəsarətlərlə Praqadakı hərbi hospitala yerləşdirilən Fələsin Dövlətinin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Camal Muhəmmad Camal vəfat edib.
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 56 yaşlı diplomatın ölümü ilə nəticələnən partlayışın səbəbi hələlik məlum deyil.

Fələstinin Xarici İşlər Nazirliyindən bildirilib ki, yanvarın 1-i günorta saatlarında Praqanın Beynəlmiləl küçəsində yerləşən Fələstin Dövlətinin Çexiyadakı səfirliyinin binasında partlayış baş verib. Hadisə nəticəsində səfir və onun oğlu xəsarət alıb.

XİN-dən bildirilib ki, hadisə səfirin seyfi açdığı zaman baş verib. Hadisə ilə bağlı təhqiqat aparılır.

AzNews.az