Dünyanın ən çox qazanan müğənniləri

"Forbes" 2013-cü ildə dünyanın ən çox qazanan müğənnilərinin siyahısını hazırlayıb.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya Madonna rəhbərlik edir. Məlumata görə, 2012-ci ilin iyunundan 2013-cü ilin iyununa qədər Madonna 125 milyon dollar qazanıb.

Müğənninin əsas gəlirləri dünya turnesindən və adına olan ətirlərin satışından əldə edilib.

Ən çox qazanan müğənnilər sırasında ikinci yerdə Ledi Qaqa dayanır. Onun illik qazancı 80 milyon dollar olub.

"Forbes"in məlumatına görə, üçüncü yerdə Teylor Svift durur. Onun illik qazancı 55 milyon dollardır.

Elnur
AzNews.az