Eks baş nazirin səhhəti pisləşdi

İsrailin eks baş naziri Ariel Şaronun səhhəti getdikcə pisləşib.

Bu informasiyanı İsrail mediası yayıb. "Tel-Xaşomer" xəstəxanasında yatan eks baş nazirin böyrəyində problem yarandığından o, koma vəziyyətinə düşüb.

Ariel Şaronun oğlu Omri Şaron atasının səhhəti ilə bağlı mediaya bildirib ki, o, hazırda süni nəfəs alır, ancaq buna baxmayaraq gözlərini açır və barmaqlarını tərpədir.

Xatırladaq ki, Ariel Şaron 2006-cı ildə insult olduğuna görə siyasətdən uzaqlaşmışdı. Eks baş nazir ötən il qida borusunun dəyişdirilməsi ilə bağlı əməliyyat edilib.(anspress)