Quş qripi yenidən qayıtdı- TƏHLÜKƏ


Çində "quş qripi" yenidən yayılıb. Ölkənin Qyuçjou əyalətinin cənub-qərbində H5N1 virusu qeydə alınıb.

AzNews.az xəbər verir ki, indiyə qədər 8,5 min cücə bu virusdan məhv olub. Virusun yayılmasının qarşısını almaq üçün daha 23 mindən artıq cücə məhv edilib.

Qeyd edək ki, H5N1virusu insanlar üçün təhlükəlidir. Mütəxəssislər bu virusdan ölüm təhlükəsinin 60 faiz olduğunu bildirir. Virus insandan insana keçmir və yoluxma toyuq əti ilə baş verir.

Elnur
AzNews.az