22:28
(077) 610-22-33

6 nəfər gənc qıza təcavüz etdi və... diri-diri yandırdı

  • >
3 823 5 Yanvar 2014 20:24 | Dünya


Hindistanda sonu ölümlə bitən daha bir təcavüz hadisəsi baş verib.

Hadisə Kəlküttənin Maghyamgram qəsəbəsində qeydə alınıb.

Gənc qız bir qrup tərəfindən təcavüzə məruz qalıb və bundan sonra evinin yaxınlığındakı tarlaya aparılıb. Hadisədən sonra ailə polisə şikayət edib.

Araşdırma zamanı məlum olub ki, gənc qıza təcavüz edənlər 6 nəfər olub. Ancaq həmin şəxslər həbs edildikdən onra gənc qıza və ailəsinə təhdidlər başlayıb. Şikayətin geri götürülməyəcəyi təqdirdə ölümlə hədələnən gənc qız dekabrın 31-də diri-diri yandırılıb.

Qəsəbə sakinləri polisə və təcili yardıma xəbər verdikdən sonra qız xəstəxanaya yerləşdirilib. Qız onu yandıranların on təcəvüz edən şəxslərlə yaxın olduğuna dair polisə ifadə verib. Ancaq qızın həyatını xilas etmək mümkün olmayıb.

Dəfn mərasimində minlərlə insan küçələrə çıxaraq ölüm faktına görə polisi də günahlandırıb. İnsah haqları müdafiəçilərinin bildirdiyinə görə, polis gənc qızın müdafiəsini təmin etmək üçün heç bir tədbir görməyib.

Elnur
AzNews.az
Bağla X