Qahirə Tehrana etirazını bildirib

Misirin Xarici İşlər Nazirliyi bazar ertəsi ölkədə vəziyyət haqqında Tehranın bəyanatları ilə əlaqədar etirazını bildirmək üçün İranın müvəqqəti işlər vəkilini çağırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi xəbər verir.

Ötən həftə İranın xarici siyasət idarəsinin nümayəndəsi bildirib ki, Tehran Misirdə hökumət qüvvələri və hakimiyyətdən kənarlaşdırılmış prezident Mursinin tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində artmış gərginlikdən narahatdır.
"İranın şərhləri Misirin daxili işlərinə yolverilməz qarışmadır", - Misir XİN nümayəndəsi bildirib.


AzNews.az