12:44
(077) 610-22-33

İraqda raket hücumu - 25 ölü

  • >
481 7 Yanvar 2014 18:45 | Dünya

AzNews.az - ın Livanın Dailu Star qəzetinə istinadən verdiyi xəbərə görə ikinci gün, 7 yanvarda İraq hökumət qüvvələri müxalif qüvvələrin cəmləşdiyi və nəzarətdə saxladığı Bağdadın cənubunda yerləşən Ramadi və Falluca şəhərlərinin bir çox məntəqələrinə raket zərbəsi endirib.

Raket hücumu nəticəsində 25 ekstremist ölüb.
Xatırladaq ki, keçən ilin 16 dekabr günü son aylar ərzində İraq üçün ən qanlı gün olub. Belə ki, bir sutka ərzində ardıcıl terror aktları nəticəsində ən azı 70 nəfər həlak olub. Ölkədə qarşıdurma dalğası sünni və şiələr arasında tarixi qədimdən mövcud olan konfliktin qızışmasından sonra baş verib.

Əli
AzNews.az

Bağla X