Xərçəngə tutulmuş idmançı evtanaziya etdi


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki,7 yanvarda Belçikanın qocaman atleti Emiel Pauls könüllü həyatı ilə 95 yaşında vidalaşıb.
Bu işdə ona həkimlər kömək edib. Başqa sözlə belçikalı idman veteranı öz evtanaziya hüququndan istifadə edib.
Məsələ ondadır ki, Pauels mədə və bağırsaq xərçəngindən əziyyət çəkib.O ağrılara dözməyərək qərarını qətiləşdirib. "Mən evtanaziyanı seçdim, ona görə ki,əzab çəkmək istəmirəm. Ölümqabağı heç bir qorxu hiss etmirəm", - deyə ölümündən azca əvvəl bildirib.
Emiel ailə üzvləri və dostlarının əhatəsində son bakal şampanski ilə həyatı ilə vidalaşıb.
Xatırladaq ki, 2002 - ci ildə Belçika Niderlanddan sonra dünyada ikinci dövlət olaraq evtanaziyanı leqallaşdırdı. Keçən ilin sonlarında isə Belçika senatı könüllü olaraq ölümcül xəstəliklərdən əzab çəkən uşaqların da həyatlarına son qoyulmasına icazə verən qanuna səs verdi.

Azər
AzNews.az