Hərbi vertolyot qəzaya uğradı: 4 ölü

İngiltərənin Norfolk bölgəsinin şimalında ABŞ-a məxsus hərbi vertolyotun qəzaya uğraması nəticəsində ən azı 4 nəfər həlak olub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Hazırda "Sikorsky HH-60 Pave Hawk" tipli vertolyotun qəzaya uğradığı əraziyə xilasedicilər cəlb olunub.

Hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
Hərbi vertolyotun təlim məqsədilə İngiltərədə olduğu bildirilir.

AzNews.az